Modern.az

Aptekdən 6300 manatdan çox pul oğurlayan tutuldu

Aptekdən 6300 manatdan çox pul oğurlayan tutuldu

Aktual

17 Dekabr 2018, 11:05

Bakı  BPİ-nin Metropolitendə Polis Şöbəsinə dekabrın 13-də “Koroğlu” stansiyasının girişindəki aptekdən 6330 manat pulun oğurlanması barədə müraciət daxil olub.

Bu haqda Modern.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğuruğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ü.Şəmmədzadə qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!