Modern.az

Salyan sakini sirkə turşusundan zəhərləndi

Salyan sakini sirkə turşusundan zəhərləndi

11 Yanvar 2019, 23:28

Salyan rayonunun Xalac kəndində zəhərlənmə olub. Modern.az "Report”a istinadən xəbər verir ki, ilkin məlumata görə, 1986-cı il təvəllüdlü kənd sakini Əliyev Emil Əfqan oğlu evdə səhvən sirkə turşusu içərək zəhərlənib.

 

Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan xəstənin həkim müdaxiləsindən sonra həyatı xilas edilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Daha əvvəl Qazax rayonunda kütləvi zəhərlənmə olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan şokda: Ermənistanda hərbi çevriliş başlayır