Modern.az

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

DTX rəhbərliyi Şəhidlər xiyabanını ziyarət etdi

19 Yanvar 2019, 14:02

Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

 

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, DTX rəisi, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları və DTX-nin Heydər Əliyev adına Akademiyasının kursantları 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı Şəhidlər xiyabanına gələrək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüb, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

 

DTX-nın şəxsi heyəti adından “Əbədi məşəl” abidə kompleksinin önünə əklil qoyulub.

 

DTX-nın akt zalında davam edən anım tədbiri faciə qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Dövlət himni səsləndirilib.

 

Tədbirin sonunda sənədli film nümayiş olunub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi