Modern.az

Siyavuş Novruzovun Heydər Əliyev haqqında 3 kitabı çıxdı

Siyavuş Novruzovun Heydər Əliyev haqqında 3 kitabı çıxdı

Aktual

8 May 2019, 18:17

YAP İcra katibinin müavini, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun işıq üzü görən “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabları Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir.

Modern.az xəbər verir ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri əvəzsizdir. Ulu Öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ən əsası, bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Ulu Öndərin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə və çağırışlarına müvafiq olaraq uğurla davam etdirilir, Azərbaycan yeni zirvələr fəth edərək möhtəşəm və parlaq nailiyyətlər qazanır.

Heç şübhəsiz ki, Heydər Əliyev irsi gələcək nəsillər üçün də zəngin xəzinədir və onun öyrənilməsi müstəsna əhəmiyyətə malikdir. Bu günə qədər Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən bəhs edən çoxsaylı fundamental tədqiqat əsərləri, qiymətli kitablar, dəyərli monoqrafiyalar yazılıb və bütün bunlar böyük dövlət xadiminin, dahi siyasətçinin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından xüsusi önəm kəsb edir.  Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri Siyavuş Novruzovun “Heydər Əliyev və Azərbaycan dövlətçiliyi”, “Qurtuluşdan başlayan tərəqqi” və “Xalqla iqtidarın birliyi” adlı kitabları işıq üzü görüb. Hər 3 kitab Heydər Əliyev irsinin öyrənilməsinə, Ümummilli Liderin ideyaları əsasında inkişaf edən müasir müstəqil Azərbaycanın keçdiyi zəngin və şərəfli tərəqqi yoluna nəzər salmağa imkan verir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!