Modern.az

“Qarabağ” ikinci qrupda yer aldı

“Qarabağ” ikinci qrupda yer aldı

Aktual

17 İyun 2019, 20:56

İsveçrənin Nyon şəhərində yerləşən UEFA-nın mənzil qərargahındakı tədbirdə Azərbaycan çempionu “Qarabağ” ikinci qrupda yer alıb.

Modern.az APA-ya istinadən xəbər verir ki, səpələnmişlərdən olan təmsilçimiz üçün 5 mümkün rəqib qalıb.

Bunlar "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya) və "Saburtalo" (Gürcüstan) klublarıdır.

 

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkatması Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Bu raundun oyunları iyulun 9-10-da və 16-17-də keçiriləcək.

 

Çempionlar Liqası

I təsnifat mərhələsi

I qrup

Səpələnmişlər: "Astana" (Qazaxıstan), "Lüdoqorets" (Bolqarıstan), "Srvena Zvezda" (Serbiya), "Şkendiya" (Makedoniya), AIK (İsveç)

Səpələnməmişlər: "Suduva" (Litva), "Ferensvaroş" (Macarstan), ÇFR (Kluj, Rumıniya), "Nomme Kalyu" (Estoniya), "Ararat" (Ermənistan)

 

II qrup

Səpələnmişlər: "Seltik" (Şotlandiya), "Qarabağ" (Azərbaycan), "Şerif" (Moldova), "Düdelanj" (Lüksemburq), "Slovan" (Slovakiya),

Səpələnməmişlər: "Valletta" (Malta), "Sarayevo" (Bosniya və Herseqovina), "Sutyeska" (Monteneqro), "Partizani" (Albaniya), "Saburtalo" (Gürcüstan)

 

III qrup

Səpələnmişlər: BATE (Belarus), "Maribor" (Sloveniya), "Rusenborq" (Norveç), HİK (Finlandiya), "Dundalk" (İrlandiya), TNS (Uels)

Səpələnməmişlər: "Pyast" (Polşa), "Valyur" (İslandiya), "Linfild" (Şimali İrlandiya), "HB Torshavn" (Farer adaları), "Riqa" (Latviya), ilkin mərhələnin qalibi

 

Qeyd edək ki, ilkin mərhələnin iyunun 25-dəki yarımfinalında “Feronikeli” (Kosovo) - “Linkoln” (Cəbəllütariq) və "Tre Penne" (San-Marino) - “Santa Koloma” (Andorra) cütləri görüşəcək. Kosovonun Priştina şəhərindəki turnirin finalı isə ayın 28-də baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!