Modern.az

Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı  

Xırdalanda azyaşlını vurub qaçan sürücü saxlanıldı  

Aktual

26 İyun 2019, 13:10

İyunun 25-də saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində həyatını itirib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib.

 

Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi