Modern.az

Gürcüstan idmançısı rekordunu təzələdi

Gürcüstan idmançısı rekordunu təzələdi

Aktual

26 Avqust 2019, 00:16

Gürcüstanın ağır atleti Qeorqi Rostomaşvili Batumidə yeni dünya rekorduna imza atıb.

Modern.az Azərtac-a istinadən xəbər verir ki, Q.Rostomaşvili Batumi limanında bir barmağına kəndirlə bağlanmış “Tamara 2” gəmisini 5 metr dartıb. Gəminin ümumi ağırlığı 200 tondan çoxdur.

Gürcüstanın Rekordlar Federasiyasından bildiriblər ki, bu dünyada ilk rekorddur. Bu vaxta qədər heç kim bir barmağı ilə belə ağır yükü darta bilməyib.

29 yaşlı Q.Rostomaşvili ağır atletika üzrə bir neçə rekorda imza atıb. O, 2015-ci ildə “Rekordsmenlər kuboku”nun sahibi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi