Modern.az

Ağstafada ağır qəza: 5 yaralı - FOTOLAR

Ağstafada ağır qəza: 5 yaralı - FOTOLAR

Aktual

2 Dekabr 2019, 20:02

Ağstafada baş verən qəzada 5 nəfər ağır xəsarət alıb.

Modern.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 5 nəfər Qazax rayon sakinləri - Alməmmədli Rəvan (2005), Nuriyeva Aytən (1984), Məmmədova Tahirə (1999), Ağstafa rayon sakinləri - Əlizadə Əli (1993) və Əliyeva Samirə (1998) müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi