Modern.az

Ramiz Zeynalov da hadisə yerinə gəlib

Ramiz Zeynalov da hadisə yerinə gəlib

Aktual

10 Dekabr 2019, 11:32

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalov Bakının Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş verən yanğın ərazisinə gəlib.

 

Bu barədə Modern.az-ın hadisə yerində olan əməkdaşı məlumat verib.

 

R.Zeynalov bildirib ki, gördüyünüz kimi hərəkətin tənzimlənməsinə şəsxi heyət cəlb olunub:

 

"Nə mümkündür əlimizdən gələni edirik. Xoşagəlməz bir haldır. Kiminsə diqqətsizliyi üzündən bu cür hadisə baş verib. Həm özlərinə, həm də ölkəyə iqtisadi ziyan dəyib. Sürücülərdən xahişim odur ki, digər istiqamətdə hərəkət edən iştirakçılara mane olmasınlar."

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi