Modern.az

Bakının bu rayonu susuz qalacaq

Bakının bu rayonu susuz qalacaq

Aktual

11 Dekabr 2019, 10:54

Bakının Səbail rayonunun bəzi ərazilərində su olmayacaq.

 

“Azərsu” ASC-dən Modern.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində magistral su xəttində yenidənqurma işlərinin aparılması ilə əlaqədar 11 dekabr 2019-cu il tarixində gün ərzində Badamdar qəsəbəsi və 20-ci sahə yaşayış massivinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

 

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi