Modern.az

Doğum gününü qeyd edən Şəmistan Əlizamanlı duet ortağından danışdı: “Məlahətli səsi var”

Doğum gününü qeyd edən Şəmistan Əlizamanlı duet ortağından danışdı: “Məlahətli səsi var”

Aktual

4 Fevral 2020, 15:24

Bu gün hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı, “Vətənpərvərliyin Təbliğinə Dəstək” İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının doğum günüdür.

 

Modern.az xəbər verir ki, Əlizamanlı Şəmistan Hüseyn oğlu 1959-cu il fevralın 4-də Gürcüstan Respublikasının Marneuli rayonunun Aşağı Qullar kəndində anadan olub. 1977-79-cu illərdə sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olub. 1979-81-ci illərdə Cəfər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrında aktyor işləyib.

 

Şəmistan Əlizamanlı adı çəkiləndə hər kəsin ağlına ilk öncə “İgid Əsgər” ifası düşür. İfaçının repertuarını əsasən hərbi vətənpərvərlik mahnıları təşkil edir. Onlardan “Əsgər marşı", "And içirik", "Çağırır vətən", "Qalx, Azərbaycan", "İgid Əsgər", "Vətən əmanəti", "Cənab Leytenant", "Çırpınırdı qara dəniz" və s. kimi mahnılar ifaçının vizit kartı hesab olunur.

 

Şəmistan Əlizamanlının səsi tək Azərbaycanda yox, ölkə hüdudlarından kənardan da gəlməyə başlayır. Səsində vətənpərvərlik ətri duyulan Şəmistan Əlizamanlı Türkiyənin məşhur serialı “Diriliş Ərtoğrul”a dəvət alır. Burada  ifaçı “Ərtoğrul bəy ”in obasında məclisdə ozan rolunda “Allah türkə yar olsun” mahnısını oxuyaraq bütün türk dünyasının rəğbətini qazanır.

 

Şəmistan Əlizamanlı doğum günü təəssüratlarını Modern.az-la bölüşüb:

 

“Əslində doğum gününün keçirilməsinə o qədər də önəm vermirəm. İnanırsınız ki, səhərdən telefonlar susmur, cavab çatdıra bilmirəm. Təbriklərin sayı-hesabı yoxdur. Əlbəttə ki, mənim üçün sevindirici bir haldır. Hətta deyərdim ki, böyük bir şərəfdir. Yəqin bunu qazanmışam ki, xalqımız bu cür mənə diqqət göstərir. Nə deyə bilərəm, bütün bu hallarla sadəcə fəxr edirəm. Doğum günümü dostlarımla birlikdə keçirməyi düşünürəm”.

 

İfaçı yeni mahnılar üzərində çalışdığını da söyləyib:

 

“Yeni mahnılar üzərində çalışırıq. Ola bilər ki, irəlidə duet ortağım Nuriyyə Hüseynova ilə yenidən birlikdə mahnı ifa edək. Çünki, Nuriyyə xanımın çox gözəl və məlahətli səsi var”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi