MSK Mixail Zabelinin lider olduğu dairənin 7 məntəqəsində nəticələri ləğv ETDİ
Aktual
17 Fevral 2020, 16:47
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 34 saylı Xətai ikinci seçki dairəsindən qeydə alınmış namizədlərin şikayətləri dinlənilib.
Modern.az xəbər verir ki, namizədlərin şikayəti haqqında məlumatı MSK üzvü İlkin Şahbazov verib.
O, qeyd edib ki, namizədlərin şikayətləri araşdırılıb və onların nəticələrin ləğvi haqqında müraciəti əsaslı hesab edilib. Beləliklə həmin seçki dairəsindən 1, 2, 3, 4, 18, 35 və 38 saylı seçki məntəqlərinin nəticələri ləğv edilib.
Lakin bu məntəqələrdə nəticələrin ləğvi ümumilikdə seçki dairəsinin nəticələrinin ləğvinə səbəb olmayıb.
Qeyd edək ki, 34 saylı Xətai ikinci seçki dairəsindən lider namizəd Mixail Zabelindir.