Modern.az

Bu gün sərnişinlər metrodan pulsuz istifadə etdi

Bu gün sərnişinlər metrodan pulsuz istifadə etdi

Aktual

20 Fevral 2020, 10:16

"Bakıkart" aparatlarında problem yaşandığı üçün sərnişinlər “Neftçilər” və “Qara Qarayev” metrostansiyalarında turniketlərdən ödənişsiz olaraq keçirilib.

 

Modern.az xəbər verir ki, Metropolitenin sözçüsü Bəxtiyar Məmmədov “Qafqazinfo”ya bildirib ki, problem qısamüddətli olub və sərnişinlərin hərəkəti təmin olunub: “Bakıkart aparatlarında qısamüddətli problem yaranmışdı. Problem aradan qaldırılana kimi sərnişinlər ödənişsiz olaraq stansiyalara buraxılıb. Burada əsas məsələ sərnişinlərin rahat hərəkətini təmin etməkdir ki, onun üçün də hər şey edilib”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!