Modern.az

Küveyt İrana uçuşları dayandırdı

Küveyt İrana uçuşları dayandırdı

22 Fevral 2020, 09:55

Səudiyyə Ərəbistanı yeni koronavirusun (COVİD-19) yayılması ilə əlaqədar İranla aviaəlaqəni dayandırıb.

 

Modern.az-ın məlumatına görə, bu qərar İranda koronavirusa yoluxma hallarının qeydə alınması ilə əlaqədar qəbul edilib.

 

Qeyd olunur ki, son iki həftə ərzində İranda olmuş xarici vətəndaşların da Küveytə daxil olması qadağan edilib. İrandan gəlmiş Küveyt vətəndaşları isə karantinə alınacaq.

 

Küveyt hökuməti yerli sakinləri İrana getməməyə çağırıb.

 

Qeyd edək ki, son günlər ərzində İranın müxtəlif əyalətlərində koronavirusa 18 yoluxma halı qeydə alınıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi