Modern.az

İrandan gələn daha 4 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirildi

İrandan gələn daha 4 nəfər Kliniki Tibbi Mərkəzə yerləşdirildi

Aktual

25 Fevral 2020, 14:34

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Kliniki Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən xəstələrlə bağlı son məlumatı açıqlayıb.

 

Qurumlardan Modern.az-a verilən məlumata görə, daha 4 nəfər həkim müşahidəsi üçün KTM-in Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib:

 

“Həkim müşahidəsinə götürülənlər İran İslam Respublikası vətəndaşlarıdır. 19-21 yaş arası olan gənclər Bakıya bir neçə gün əvvəl gəliblər. Bədənlərinin hərarəti normadan yüksək olduğu üçün xəstəxanaya müraciət ediblər.

Ümumilikdə hazırda Yoluxucu xəstəliklər şöbəsində 6 nəfər var. Onlardan biri Azərbaycan, digərləri isə İran İslam Respublikası vətəndaşlarıdır. Həkim müşahidəsinə götürülənlərdən 3-nün vəziyyəti normaldır, səhətlərində hər hansı bir problem aşkarlanmayıb. Digər 3 nəfərdə zökəm əlamətləri var. Həkim müşahidələri davam edir”.

 

Bildirilib ki, yuxarıda qeyd edilənlər İranın xəstəlik qeydə alınmayan ərazisindən gəliblər:

 

“Xəstə insanlarla ünsiyyətdə olmayıblar. Səhiyyə Nazirliyi ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edir”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyanın sözləri erməniləri ağlatdı- Sərhəd kəndin ortasından keçəcək