Modern.az

Hacıqabulda hesabat yığıncağı keçirilib - FOTO

Hacıqabulda hesabat yığıncağı keçirilib - FOTO

28 Fevral 2020, 15:00

Fevralın 28-də “2019-cu ildə Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş” hesabat yığıncağı keçirilib.

 

Modern.az xəbər verir ki, öncə rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidə ziyarət edilmiş və önünə gül çiçək dəstələri qoyulub.

 

Rayonda istehsal edilmiş kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgiyə, həmçinin rayonun sosial-iqtisadi göstəriciləri əks olunmuş tabloya baxış keçirilib.

 

Tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.

 

Hesabatda rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev, icra başçısı aparatının məsul işçiləri, başçının şəhər, qəsəbə və kəndlər üzrə nümayəndə və bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, siyasi partiyaların sədrləri, ziyalıların və ictimaiyyətin digər nümayəndələri olmaqla ümumilikdə 320 nəfər iştirak ediblər.

 

Rayon İcra hakimiyyətinin başçısı Rüstəm Xəlilovun Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş məruzəsi dinlənilmiş sonra məruzə ətrafında çıxışlara başlanıb.

 

Sonda Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Əlibaba Əliyev çıxış edərək 2019-cu ildə görülən işləri müsbət qiymətləndirib və 2020-ci ildə də bu inkişaf tempini daha da sürətləndirməyi tövsiyə edib.

 

2019-cu ildə rayonun sosial-iqtisadi həyatında fərqlənən və yüksək əmək nailiyyətləri əldə etmiş bir qrup şəxs İcra Hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr ilə mükafatlandırılıb. 

 

Sonda yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!