Modern.az

65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

65 il evli olan cütlük eyni gündə koronavirusdan öldü

30 Mart 2020, 09:46

ABŞ-ın Çikaqo şəhərində 65 il evli olan cütlük koronavirusa yoluxma nəticəsində dünyasını dəyişib.

 

Modern.az-ın xəbərinə görə, bu barədə onların nəvəsi öz "Twitter" mikrobloqunda məlumat yayıb.

 

Stiven Neşin sözlərinə görə, nənə-babası eyni gün bir neçə saat fərqi ilə vəfat edib.

 

Qeyd olunur ki, cütlüyün 6 övladı və 18 nəvəsi var.

 

Xatırladaq ki, ABŞ COVİD-19-a yoluxan ölkələr sırasında ilk yerdədir. Birləşmiş Ştatlarda 142, 637 nəfər virusa yoluxub, onlardan 2485-i ölüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!