Azərbaycanda xüsusi karantin rejimi dövründə baş verən yol-nəqliyyat hadisələrinin statistikası açıqlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumatına görə, martın 23-dən aprelin 1-dək respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Həmin qəzalar nəticəsində 7 nəfər ölüb, 7 xəsarət alıb.