Modern.az

Qubada 18 yaşlı oğlan yanaraq ölüb

Qubada 18 yaşlı oğlan yanaraq ölüb

Aktual

5 Aprel 2020, 16:12

Quba rayonunda bədbəxt hadisə baş verib. 

 

Modern.az-ın APA-ya istinadla  verdiyi məlumata görə, hadisə rayonun Qımıl kəndində qeydə alınıb. 

 

Kənd sakini, 2002-ci il təvəllüdlü Musayev Bəşir Çərkəz oğlu həyətdə ocaq qalayarkən, üstünə yanacaq düşərək yanıb. O, dərhal Qusarda yerləşən özəl tibb müəssisəsinə oradan isə Bakıya göndərilib. Həkimlərin səyinə baxmayaraq ağır yanıq xəsarətləri alan şəxsi xilas etmək mümkün olmayıb. 

 

Faktla bağlı araşdırmalar davam etdirilir.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi