Modern.az

Təhlükənin miqyası o dərəcədə böyükdür ki, fövqəladə hal istisna olunmur - İbrahim Məmmədov

Təhlükənin miqyası o dərəcədə böyükdür ki, fövqəladə hal istisna olunmur - İbrahim Məmmədov

Aktual

8 Aprel 2020, 17:59

“Dövlət başçısı da çıxışlarının birində bildirib ki, Azərbaycanda fövqəladə vəziyyət istisna olunmur”.

 

Modern.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib.

 

İ.Məmmədov qeyd edib ki, lazım olduqda ölkə rəhbəri bütün tədbirləri görəcək:

 

“Çünki burada söhbət milli təhlükəsizlikdən gedir. Təhlükənin miqyası o dərəcədə böyük və dərindir ki, fövqəladə hal istisna olunmur. Bəlkə də kimlərsə bunu görməyə bilər, qeyri-ciddi amil kimi təqdim emtəyə çalışa bilər. Amma ölkə başçısı hər şeyin fərqindədir və vətəndaşlarının təhlükəsizliyi üçün vacib tədbirlərin görülməsi üçün addımlar atacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi