Modern.az

Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb

Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb

Aktual

2 İyun 2020, 19:27

Rusiyanın Eksperimental Tibb İnstitutunun mütəxəssisləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıblar.

Modern.az-ın məlumatına görə, hazırda vaksinin ilkin sınaqları aparılır.

 

Qeyd olunur ki, preparat mukozal vaksin tipinə aiddir və orqanizmə ağızdan aerozol vasitəsilə daxil edilir.

Bu cür preparatda antigenlər mikrokapsulun içində yerləşir və bu, həmin hissəcikləri qida fermentlərindən qoruyur.

Həmin vaksinin tam hazır olacağı müddət barədə məlumat verilməyib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Qəzadan sonra bir saat sağ qalan kim olub?