Modern.az

İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb

İtaliyada koronavirusdan ölənlərin sayı 33 774 nəfərə çatıb

Aktual

5 İyun 2020, 21:37

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 85 nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.

Məlumata əsasən, bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 33 774   nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində 518 nəfər koronavirusa yoluxub, yoluxanların ümumi sayı 234 531  nəfər təşkil edib.

Məlumata görə, son sutkada 1 886 nəfər koronavirusdan sağalıb. İndiyədək İtaliyada 160 092 nəfər insan koronavirusdan sağalaraq xəstəxanaları tərk edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü