Modern.az

“Lotu Quli”nin dəstəsi saxlanıldı

“Lotu Quli”nin dəstəsi saxlanıldı

Aktual

7 İyul 2020, 17:21

"Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun tərəfdarları saxlanılıb.

 

Modern.az xəbər verir ki, dəstə üzvləri Ukraynanın Odessa şəhərində bu ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb.

 

Ukrayna Milli Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda bildirilir ki, Odessa şəhərində vətəndaşları və bölgənin sahibkarlarını sıxışdıran cinayətkar beynəlxaq dəstənin üzvləri müəyyən edilib.

 

"Onlar iyulun 7-də günorta saatlarında yerli sahibkarlardan birini oğurlamaq iniyyətində olublar. Hadisədən əvvəlcədən xəbərdar olan Ukrayna təhlükəsizlik orqanlarının əməkdaşları dəstənin üzvlərini zərərsizləşdirib", məlumatda bildirilib.(Report.az)

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!