Modern.az

İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu

İtaliyada 34 926 nəfər koronavirusun qurbanı oldu

9 İyul 2020, 22:16

İtaliyada ötən sutka ərzində yeni növ koronavirusdan daha 12  nəfər ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamentindən bildiriblər.


Məlumata əsasən, bununla da İtaliyada koronavirusdan ölənlərin sayı 34 926 nəfərə çatıb.
Son sutka ərzində daha 214 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı təsdiqlənib.
Bildirilir ki, son sutka ərzində koronavirusa yoluxanların sayı artaraq 240 961  nəfər təşkil edib.


Epidemiyanın əvvəlindən bəri İtaliyada 193 978 nəfər müalicə olunaraq sağalıb.Hazırda ölkədə virusa yoluxan 13 459 çox aktiv xəstə var. Hazırda 69 nəfər intensiv terapiya şöbəsindədir. Ölkədə bu günədək virusa yoluxanların ümumi sayı isə 242 363 nəfərdir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi