Bollivud ulduzu, 77 yaşlı hindistanlı aktyor Amitabx Baççan koronavirusa yoluxub.
Modern.az xəbər verir ki, bu barədə aktyor "Tvitter" hesabında qeyd edib. O bildirib ki, koronavirus testinin nəticəsi pozitiv olub:
"COVİD-19 testim pozitiv çıxdı. Məni xəstəxanaya yerləşdirdilər. Ailəm və işçiləri M də test verib, nəticəni gözləyirlər".
Aktyor son 10 gündə onunla təmasda olan hər kəsdən koronavirus testindən keçməsini xahiş edib.