Modern.az

Millimizin baş məşqçisi \"Neftçi\"nin məşqini izləyib

Millimizin baş məşqçisi \

13 Avqust 2020, 19:47

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi bu gün "Türk Hava Yolları" Futbol Mərkəzində olub.

 

Modern.az  AFFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Neftçi" komandasının məşqini izləyib.

 

C.De Byazinin Premyer Liqada çıxış edən bütün klubların məşq prosesini izləməsi və komandaların baş məşqçiləri ilə görüşü nəzərdə tutulub.

 

Qeyd edək ki, AFFA 64 yaşlı baş məşqçi ilə 1,5 illik müqavilə imzalayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi