Modern.az

Belarusa kömək təklif edildi

Belarusa kömək təklif edildi

Aktual

13 Avqust 2020, 21:13

Polşa, Litva, Latviya və Estoniya prezidentləri Belarusda vəziyyətin tənzimlənməsi üçün vasitəçilik təklif ediblər.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki,  birgə müraciətdə təcrid olunmağın çiçəklənmə və inkişaf yolu olmadığı vurğulanıb.


Prezidentlər rəsmi Minskə ölkə hakimiyyəti və vətəndaş cəmiyyəti nümayəndələrini milli dəyirmi barışıq masası arxasına oturmağa çağırıblar: “Biz Belarusda sülhün bərqərar olmasına və Belarusun müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə nail olmaq üçün vasitəçi qismində iştirakımızı təklif etməyə hazırıq”.


Dörd ölkənin prezidentləri hesab edirlər ki, saxlanılan etiraz aksiyası iştirakçılarını dərhal azad etmək və onların təqibini dayandırmaq lazımdır.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi