Modern.az

Əfqanıstanda terror: 1 ölü, 5 yaralı

Əfqanıstanda terror: 1 ölü, 5 yaralı

19 Sentyabr 2020, 23:31

Əfqanıstanın Bəlx vilayətinin Məzari-Şərif şəhərində terror aktı törədilib.

Modern.az xəbər verir ki, şəhərin mərkəzində əl arabasına quraşdırılan bomba polis avtomobili keçən zaman partladılıb.

Nəticədə 1 dinc sakin ölüb, 5 nəfər isə yaralanıb.

Qeyd edək ki, terror aktını hələlik heç bir terror təşkilatı üzərinə götürməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın çıxışı qalmaqal yaratdı: Başkənd ermənilərə veriləcək?