Ərəb ölkələrinin bəziləri İsraillə sülh sazişi bağlayacaqlar.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo "Al-Arabiya" telekanalına müsahibəsində deyib.
"İsraillə sülh razılaşmasına qoşulacaq ərəb ölkələri var", - Pompeo bildirib.
O, əlavə edib ki, ABŞ regionda sülhə nail olunması üzrə səylərini davam etdirəcək.