Modern.az

Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olundu

Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olundu

Aktual

24 Noyabr 2020, 11:57

Ramin Qasımov Salyan Mərkəzi Rayon Xəstəxanasına baş həkim təyin olunub.

 

Modern.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlı bununla bağlı müvafiq əmr imzalayıb.

 

Qeyd edək ki, Ramin Əjdər oğlu Qasımov Azərbaycan Tibb Universitetində Ümumi cərrahiyyə üzrə internaturanı bitirdikdən sonra Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində fəaliyyət göstərib.

 

Eyni zamanda Türkiyə Cümhuriyyəti Ankara Yüksək İxtisas Klinikasında təkmilləşmə və ixtisasartırma kursları keçib, qastroenteroloji mövzulara həsr olunmuş 50-yə yaxın seminar və təlimlərdə yaxından iştirak edib. R.Qasımov 2012-ci ildə elmi tədqiqat işini müdafiə edərək Tibb üzrə fəlsəfə doktoru adına layiq görülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəddə insident hərbçilər döy*ldü