Modern.az

"Çelsi"yə yeni baş məşqçi təyin olundu

Aktual

26 Yanvar 2021, 23:58

Almaniyalı mütəxəssis Tomas Tuxel İngiltərənin "Çelsi" futbol klubunun baş məşqçisi vəzifəsinə təyin olunub.

 

Modern.az-ın məlumatına görə, bu barədə London komandasının mətbuat-xidməti bildirib.

 

Məlumata əsasən, müqavilə 1,5 il müddətinə bağlanıb. Bu vəzifədə o Frenk Lempardı əvəz edib.

 

Qeyd edək ki, cari mövsümdə klub 19 turun nəticələrinə əsasən 29 xalla İngiltərə çempionatında doqquzuncu sırada yer alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Təmas xətti olmuş ərazidə mina partladı: Hərbçimiz yaralandı