Modern.az

“Meyvəli” bazarında yanğın

“Meyvəli” bazarında yanğın

Aktual

28 Fevral 2021, 20:55

Bakının Qaradağ rayonu ərazisində "Meyvəli" Ticarət Mərkəzində baş verən yanğın söndürülüb.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.

 

Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

 

***

Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.

 

Modern.az xəbər verir ki, yanğın ərzaq mağazalarını birində qeydə alınıb.

 

Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.

 

Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat verilmir (report).

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!