Modern.az

Deputatlardan Ombudsmanla bağlı TƏKLİF

Deputatlardan Ombudsmanla bağlı TƏKLİF

2 Aprel 2021, 12:41

Deputat Tahir Kərimli parlametin bu gun keçirilən iclasında təkliflə çıxış edib.

Modern.az xəbər verir ki, deputat Ombudsman haqqında Konstitusiya qanunun yenidən qəbul edilməsinə və dəyişdirilməsinə ehtiyac olduğunu bildirib.

Daha sonra deputat təklif edib ki, bu məsələyə baxılsın.

Deputat Elman Nəsirli deyib ki, dövlətin ali məqsədi vətəndaşlarımızın ləyaqətli həyat səviyyəsinin təşkilidir.  

"Bu məqsədin necə həyata keçirilməsinin qiymətləndirilməsi ilə bağlı ən önəmli vəzifə Ombudsman təsisatının üzərinə düşür"

Deputat bildirib ki, 2020-ci ilə iki prizmadan yanaşır:

"Koronavirusla bağlı məsələlər birinci plana keçib. İstənilən qurumun fəaliyyətinə qiymət verərkən bu prizma nəzərə alınmalıdır. Ən əsası 2020-ci il Azərbaycan tarixinə zəfər ili kimi daxil oldu. Demokratiya bir prosesdir, burada son nöqtə yoxdur. Həmin prosesdə Azərbaycan inamla irəliləyir".

Deputat təklif edib ki, Ombudsman vaksinasiya prosesi çərçivəsində şəhid ailələrinin, qazilərin, qazi ailələrinin növbədənkənar peyvənd olunmasını diqqətdə saxlasın.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Qəzadan sonra bir saat sağ qalan kim olub?