Modern.az

Messidən bir oyunda dörd REKORD

Messidən bir oyunda dörd REKORD

18 Aprel 2021, 22:53

"Barselona"nın İspaniya Kral Kuboku finalında "Atletik Bilbao"nu 4-0 məğlub edərək kuboku 31-ci dəfə öz muzeyinə apardığı matç həm də Lionel Messinin yeni rekordları ilə yadda qaldı.

 

Modern.az xəbər verir ki, matçda iki qol vuran argentinalı hücumçu 119 illik kubok tarixində 7 fərqli finalda qol vuran ilk oyunçu oldu.

 

"Barselona"nın kapitanı 10 final matçında 9 qol vuraraq Telmo Zarradan da üstün oldu və İspaniya Kral Kubokunun final tarixində ən çox qol vuran futbolçu rekordunu ələ keçirdi.

 

Lionel Messi həmçinin, ardıcıl 13-cü mövsümündə 30 qol həddini keçərək təkrarlanması çox çətin olan bir uğur qazandı.

 

Bundan başqa, Messi "Barselona" oyunçusu kimi ən çox titul qazanan futbolçu oldu. "Barselona" ilə 35-ci kubokunu əldə edən argentinalı bununla da bir klubda ən çox titul qazanan Ryan Giggsin ("Mançester Yunayted"lə 34 kubok) rekordunu qırdı.

 

T.İSMAYIL

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi