Modern.az

İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir

İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir

Aktual

23 Aprel 2021, 13:50

Milli Məclisin bu gün keçirilən iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişiklik birinci oxunuşda müzakirəyə çıxarılıb.

 

Modern.az xəbər verir ki, dəyişikliyə əsasən, icbari tibbi sığorta haqlarını ödəməkdən yayınma cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

 

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi