Sentyabrın 21-nə keçən gecə UEFA Avropa Liqasında qrup mərhələsinin ilk oyunlarına start verilib. Tarixində ilk dəfə mötəbər turnirin qrup mərhələsində mübarizə aparan Bakının "Neftçi" klubu Serbiyada ilk oyununa çıxıb.
Yerli "Partizan"la qarşılaşan komandamız meydandan üzüağ çıxmağı bacarıb. Oyun 0:0 hesabı ilə başa çatıb. “Neftçi” aktivinə 1 xal yaza bilib.
Qeyd edək ki, Avropa Liqasında növbəti oyunlar oktyabrın 4-də keçiriləcək.
Modern.az