Modern.az

Bakıda daha bir avtobus marşrutu kart sisteminə keçir

Bakıda daha bir avtobus marşrutu kart sisteminə keçir

22 İyun 2021, 14:30

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət edib.

 

Modern.az-ın məlumatına görə, müraciətdə deyilir ki, sabahdan paytaxtda 204 nömrəli marşrut xətti üzrə (“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzindən Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin "Sovxoz" adlanan ərazisinə qədər) hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

 

Sərnişinlərin rahatlığınn təmin etmək üçün Sabunçu və Ramana qəsəbələri üzrə qeyd olunan ünvanlarındakı “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.

 

Həsən bəy Zərdabi 39 (Ramana);

Yefim Saratov küçəsi;

Kişvəri Dilməqani 11;

Əsildar Məmmədəliyev 76;

Sabunçu qəs. Şəhər şosesi.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir