Modern.az

Cəsədi 7 gün sonra tapılan İbrahim - FOTO

Cəsədi 7 gün sonra tapılan İbrahim - FOTO

27 Aprel 2024, 21:24

Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan və yeddi gün sonra meyiti tapılan 13 yaşlı İbrahim Əliyevin görüntüləri yayılıb.

 

Modern.az xəbər verir ki, onun fotosu sosial şəbəkələrdə paylaşılıb.

 

Qeyd edək ki, 2011-ci il təvəllüdlü İbrahim Samir oğlu Əliyevin cəsədi bu gün günorta saatlarında Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var