Modern.az

TƏBİB-dən Azərbaycanda COVID-19-un Delta variantı ilə bağlı AÇIQLAMA

TƏBİB-dən Azərbaycanda COVID-19-un Delta variantı ilə bağlı AÇIQLAMA

24 İyun 2021, 10:57

“Virusun müxtəlif ştammlarının müəyyənləşdirilməsi istiqamətində ölkəmizdə tədqiqatlar aparılır. Bu günə kimi Hindistan ştammı  rəsmi şəkildə qeydə alınmayıb”.

 

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər.

 

Qeyd olunub ki, yeni məlumat olarsa, ictimaiyyətlə bölüşüləcək:

 

“Bununla belə, vətəndaşlara epidemioloji vəziyyət nəzərə alınaraq, müvafiq sanitariya və gigiyena qaydalarına riayət olunması tövsiyə olunur”.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş elmi tədqiqatçısı Sumya Svaminatan COVID-19-un ilk dəfə Hindistanda aşkarlanmış Delta variantının artıq dünya üzrə “üstünlük” qazandığını açıqlayıb. O, bunun səbəbi Delta variantının daha tez yoluxdurması ilə əlaqələndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi