Modern.az

Məşhur şirkət İsmayıllıda zavod tikəcək - EKSKLÜZİV

Məşhur şirkət İsmayıllıda zavod tikəcək - EKSKLÜZİV

Aktual

23 İyul 2021, 13:43

“Azərbaycan Coca-Cola Bottlers” MMC ölkəmizdə beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına cavab verən yeni istehsal zavodu quracaq.

 

Modern.az-ın əldə etdiyi məlumata görə, zavod İsmayıllı rayonu ərazisində inşa ediləcək. Artıq yeni zavodun tikiləcəyi ərazi müəyyən edilib. 

 

Xatırladaq ki, bu il fevralın 1-də İqtisadiyyat Nazirliyi və “Azərbaycan Coca-Cola Bottlers” MMC arasında Azərbaycanda yeni zavodun tikintisi barədə Anlaşma Memorandumu imzalanıb. Belə ki, investisiya planına əsasən, 30 milyon ABŞ dollarından çox sərmayə qoyuluşu nəzərdə tutulub.

 

Müəssisədə 100-ə yaxın yeni iş yerinin açılması nəzərdə tutulur ki, bu da bölgədə məşğulluğun artmasına töhfə verəcək.

 

Qeyd edək ki, 1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən Coca-Cola ölkənin qeyri-neft sektorunda ən böyük xarici investorlardan biridir. 400 nəfərdən artıq əməkdaşı olan “Azərbaycan Coca-Cola Bottlers” MMC indiyədək ölkə iqtisadiyyatına 200 milyon dollardan çox sərmayə yatırıb və dövlət büdcəsinə 300 milyon manatdan artıq vergi ödəyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi