Modern.az

Bu gün rekord sayda vaksin vuruldu

Bu gün rekord sayda vaksin vuruldu

Aktual

28 İyul 2021, 17:47

Azərbaycanda son sutkada 81690  nəfərə koronavirus (COVID-19) əleyhinə peyvənd vurulub.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 44622 nəfər, ikinci mərhələdə vaksinasiyadan keçənlərin sayı 37068 nəfərdir.

 

Ölkədə 18 yanvar 2021-ci ildən indiyədək ümumilikdə 4714039 COVID-19 əleyhinə vaksin vurulub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2731114 nəfər, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1982925 nəfərdir.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi