Modern.az

Xaçmazda şadlıq sarayında bədbəxt hadisə

Xaçmazda şadlıq sarayında bədbəxt hadisə

Aktual

28 İyul 2021, 23:55

Qusar rayonundan Xaçmaz rayonuna toya gələn qadın naməlum səbəbdən vəfat edib.

 

Modern.az xəbər verir ki, bədbəxt hadisə şəhər ərazisində qeydə alınıb.

 

Qusar rayonunun Suvacal kənd sakini, Səmayə Xudbəddin qızı Xanbabayeva toya gəldiyi “Şahzadə” şadlıq sarayının qarşısında qəflətən halı pisləşib.

 

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, onun artıq vəfat etdiyi məlum olub.

Meyit aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır (report).

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!