Modern.az

Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO

Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO

18 Sentyabr 2021, 15:04

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.

 

Müdafiə Nazirliyindən Modern.az-a bildirilib ki, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.

 

Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.
Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi