Modern.az

İsrail səfiri Azərbaycana başsağlığı verdi

İsrail səfiri Azərbaycana başsağlığı verdi

Aktual

30 Noyabr 2021, 18:22

İsrailin Azərbaycandakı səfiri Corc Dik Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması ilə bağlı Azərbaycana başsağlığı verib.

 

Modern.az xəbər verir ki, o, bu barədə özünün tviter hesabında yazıb.

 

“Xızıda baş vermiş faciəvi helikopter qəzası xəbəri bizi dərindən kədərləndirdi. Dualarımız həlak olanların ailələri ilədir. Azərbaycan xalqına və hökumətinə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq”.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi