Modern.az

Qadın futbolçularımızdan ilk qələbə

Qadın futbolçularımızdan ilk qələbə

Aktual

30 Noyabr 2021, 20:54

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

 

Modern.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu kollektiv E qrupundakı altıncı sınağında Monteneqro yığması ilə qarşılaşıb.

 

“Dalğa Arena”da oynanılan qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 24-cü dəqiqədə Ayşən Əhmədova vurub.

 

Qeyd edək ki, hazırda Azərbaycan seçməsi 3 xalla sonuncu - 6-cı, Monteneqro isə 9 xalla 3-cüdür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi