Modern.az

"ABŞ təhlükə altındadır, məhv olacaq" - Sabiq prezident

Aktual

8 Yanvar 2022, 11:12

"Böyük Amerika xalqı uçurumun kəndarındadır: əgər lazımi tədbirlər görülməzsə, vətəndaş müharibəsi ilə üzləşəcək və bizim dəyərli demokratiyamız məhv olacaq".

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri ABŞ-ın 97 yaşlı keçmiş prezidenti Cimmi Karter “Nyu York Tayms” üçün qələmə aldığı məqaləsində qeyd edib.

 

Karter yazısında ötən il baş verən hadisələri də xatırladıb:

 

“Vicdansız siyasətçilərin başçılıq etdiyi qəzəbli kütlə Kapitoliyə basqın etdi və hakimiyyətin demokratik yolla ötürülməsinin qarşısını almağı demək olar ki, bacardı”.

 

Sabiq prezident aparılmış sorğu nəticələrindən birini misal gətirərək göstərib ki, amerikalıların 36 faizi “amerikan həyat tərzini xilas etmək üçün” ABŞ-ın güc tətbiq etməli olduğuna inanır:

 

“Bu, demokratiyaya təhlükədir. Amerikalılar fundamental qanun və konstitusion prinsiplərə sadiq qalmalıdır”.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik