Modern.az

"Azərbaycan təkcə 30 illik işğala son qoymayıb, həm də..."

Aktual

21 Yanvar 2022, 11:48

“44 günlük savaş milli və siyasi təqvimimizin yeni, parlaq, möhtəşəm salnaməsidir. Azərbaycan xalqı təkcə 30 illik işğala son qoymayıb, həm də böyük zaman ölçüsündə-az qala 300 illik tarixində regional və beynəlxalq şərtləri ədalət və haqq mübarizəsi naminə məharətlə dəyişdirə bilib, əsrlərlə onun taleyini başqa meydanlarda müəyyən edən qüvvələrlə bir masada öz hərbi qələbəsini rəsmiləşdirə bilib”.

 

Modern.az xəbər verir ki, bu sözləri “Zefer.az” saytının təqdimat mərasimində çıxış edən Milli Məclisin deputatı Zahid Oruc deyib.

 

Onun sözlərinə görə, savaşda qazanılan qalibiyyət qədər heç bir “uğur hekayəsi” bir xalqı dünya xəritəsində qalıcı və güclü etmir:

 

“Zəfər.az informasiya platforması milyonlarla azərbaycanlının yaradıcı gücünü və enerjisini bir araya gətirmək, 44 günlük müqəddəs savaşın hər bir səhifəsini tarixin silinməz “hard disk”inə çevirmək üçün böyük fürsətlər açır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik