Modern.az

Qayıq aşıb, 30 balıqçı itkin düşüb

Qayıq aşıb, 30 balıqçı itkin düşüb

Aktual

22 Yanvar 2022, 15:02

Bu gün Pakistanın Sind əyaləti sahillərində - Ərəb dənizində iki qayığın aşması nəticəsində 30 balıqçı itkin düşüb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, qayıqlarda 35-dən çox balıqçı olub.


Məlumata görə, balıqçılardan 5-i xilas olunub. Pakistan Hərbi Dəniz Qüvvələri və könüllülər itkin düşənlərin axtarışını davam etdirirlər.

 

Yerli hakimiyyət nümayəndəsi hadisənin güclü küləyin olması və qayıqların həddən artıq yüklənməsi səbəbindən baş verdiyini deyib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik