Modern.az

Paşinyan istefa tələbinə məhəl qoymadı - YENİLƏNİB

Paşinyan istefa tələbinə məhəl qoymadı - YENİLƏNİB

Dünya

9 May 2024, 20:33

Ermənistanın baş naziri Nikol Paşinyan aksiyaçıların istefa tələbinə məhəl qoymayıb.

 

Modern.az xəbər verir ki, arxiyepiskop Baqrat Qalstanyanın istefa üçün Paşinyana verdiyi bir saat başa çatsa da o vaxtı uzatmayıb.

 

O, parlament vasitəsi ilə impiçmentə gedəcəyini və bunun üçün parlament partiyaları ilə danışıqlar aparacağını bildirib.

 

***

19:14

"Vətən uğrunda Tavuş" müxalifət hərəkatının lideri arxiyepiskop Baqrat İrəvanda Respublika Meydanında keçirilən mitinqdə baş nazir Nikol Paşinyanın istefa verməsi üçün bir saat vaxt verdiyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, İrəvanda keçirilən mitinqdə danışıb.

 

"İlk dəfədir ki, onun adını çəkirəm. Nikol Paşinyan! Mən sizə istefa üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefa şərtlərini müzakirə etməyə hazıram", - o deyib.

 

Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı Baqrat Qalstanyanın rəhbərliyi ilə mayın 4-də Kirants kəndindən başlayan “Vətən naminə Tavuş” hərəkatının iştirakçıları Azərbaycanla sərhədlərin delimitasiyasına etiraz edirlər.

 

İrəvandakı Respublika meydanına və Ermənistan hökumətinin binasına bitişik əraziyə çoxsaylı polis qüvvələri yerləşdirilib. Hökumət binasının qarşısında polis bir neçə cərgədən ibarət kordonda düzülüb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - qəza yerindən naməlum şəxsin qaçdığı görüntüləndi