Modern.az

Zakir Həsənov İranda nələri müzakirə edəcək?

Zakir Həsənov İranda nələri müzakirə edəcək?

Aktual

24 Yanvar 2022, 13:28

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov sabah İrana rəsmi səfərə gedəcək. Səfərin məqsədi barədə rəsmi məlumat açıqlanmasa da, İranda hərbi sahə ilə bağlı önəmli müzakirələrin aparılacağı gözlənilir. 

 

Nazirin sabaha planlaşdırılan səfəri barədə Modern.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, görüş hərbi sahədə iki ölkənin əməkdaşlığını daha üst səviyyəyə qaldırmaq məqsədi daşıyır:

 

“Xatırlayırsınızsa, Naxçıvanda İranla Azərbaycan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunmuşdu. Hesab edirəm ki, Vətən müharibəsindən sonrakı dövrdə İranın Azərbaycanı qələbə münasibəti ilə təbrik etməsi, intensivləşən iqtisadi, hərbi, siyasi münasibətlər imkan verir ki, Azərbaycan həm “3+3” formatı çərçivəsində, həm də ikitərəfli əməkdaşlıq çərçivəsində İran ilə hərbi münasibətləri daha üst səviyyəyə çıxarsın. Hərbi əməkdaşlığın konkret hansı sahələri əhatə etdiyini indidən demək düzgün deyil. Bu barədə nazirin səfərindən sonra imzalanan sənədlər əsasında demək olar.

 

Bununla yanaşı, İran həm də Azərbaycanla enerji sahəsində yaxından əməkdaşlıq edir. İstənilən halda iki qonşu ölkə arasında münasibətlərin inkişafı alqışlanan hadisədir”.

 

 

Qeyd edək ki, İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana bugünkü səfəri çərçivəsində işğaldan azad olunmuş ərazilərinə də baş çəkəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik